Yan 24, 2019 | 03:00 / Konfranslar, iclaslar
2019-ci il yanvarın 24-də Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro üzvləri və aidiyati əməkdaşların iştirakı ilə 1 saylı BÜRO iclası keçirilmişdir. FRTE Bölməsinin akademik -katibi, akademik Nazim Məmmədovun sədrliyi ilə keçən iclasda əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2017-ci ilin qrant müsabiqəsinin qalibi olmuş və 04 yanvar 2019-cu il tarixində başa çatmış layihələr üzrə yekun hesabatları ətraflı şəkildə, təqdimatlar əsasında dinlənilmiş, hesabatlar ətrafında geniş müzakirələr aparılmışdır. Aşağıdakı qrant layihələr üzrə hesabatlar dinlənilib müzakirə edilmişdir:
- “Əşyaların interneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” layihəsi. Layihə rəhbəri: Əliquliyev Rasim Məhəmməd oğlu.
- “DeepOil-ML: İntellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi” layihəsiicrası haqqında. Layihə rəhbəri: İmamverdiyev Yadigar Nəsib oğlu.
- “Azərbaycanın neft yataqları quyularında asfaltqətranparafin çöküntülərinin nəzarəti və identifikasiyası.” layihəsi icrası haqqında. Layihə rəhbəri: Mehdiyev Tələt Rzaqulu oğlu.
- “Neft-qaz hasilatı və emalı ərazilərində radiasiya fonunu onlayn izləyən qurğunun hazırlanması” layihəsi icrası haqqında. Layihə rəhbəri: Əhmədov Fərid İbrahim oğlu.
- “Çox funksiyalı dron kvadrakopter vasitəsi ilə neftçıxarma qurğuları nəql infrastrukturu və istismar ərazilərinin monitorinqi” layihəsi icrası haqqında. Layihə rəhbəri: Sadıqov Cavid Mustafa oğlu.
- “Neft quyuları qaldırıcı borularının daxili səthində parafin çökməsinə qarşı reagentin işlənməsi” layihəsi icrası haqqında. Layihə rəhbəri: Babayev Vüqar Amin oğlu.
- “Pilotsuz sualtı aparatının prototipinin işlənməsi” layihəsi icrası haqqında. Layihə rəhbəri: Süleymanov Samir Süleyman oğlu
İclasda gündəlikdə olan digər məsələlərə də baxılmışdır. Sonda iclasın gündəliyinə daxil olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.