AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA-da akademik Roald Saqdeyevlə görüş keçirilib
Noy 02, 2017 | 01:24 / Görüşlər
Oxunub 523 dəfə

AMEA-nın  Fizika İnstitutunda Rusiya Elmlər Akademiyasının akademiki Roald Saqdeyevlə görüş keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident İbrahim Quliyev və ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak ediblər.

Görüşdə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov çıxış edərək R.Saqdeyevin bütün dünyada tanınan alim olduğunu, fizika elminə, xüsusilə kosmik fizika sahəsinə böyük töhfələr verdiyini söyləyib.

Sonra akademik Akif Əlizadə çıxış edərək akademikin yubileyi ərəfəsində bu görüşün baş tutmasının sevindirici hal olduğunu bildirib və R.Saqdeyevin elmi fəaliyyətindən bəhs edib. Alimin elmi fəaliyyətinin prioritet istiqamətlərinin plazma fizikası, nüvə fizikası və kosmik hadisələr fizikası olduğunu deyən A.Əlizadə müasir dövrdə də R.Saqdeyevin kəşflərinin tətbiq edildiyini və gənc nəsil tərəfindən öyrənildiyini vurğulayıb.

Daha sonra akademik R.Saqdeyevin məruzəsi dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015