AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti büro iclası keçirildi
Noy 09, 2017 | 01:11 / Konfranslar, iclaslar
Oxunub 441 dəfə

09 Noyabr 2017-ci il tarixində AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti Büro iclası keçirildi.

Büro üzvləri, İnstitut direktorları və bir sıra aidiyyatı qrumların üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA FRTEB-nin akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verdi.

İclasda AMEA-nın fəxri üzvü, general Kərim Kərimovun 100 illik yubileyi ilə baölı keçiriləcək tədbirlər müzakirə olundu. MAKA-nın baş direktor müavini  Tofiq Süleymanovun Kərim Kərimovla bağlı məruzəsi dinlənildi və bildirildi ki, 16 noyabr 2017-ci il tarixində keçiriləcək yubiley tədbirində məruzə geniş formada öz əksini tapacaqdır..

Büro iclasında  həmçinin FRTEB-nin elmi məktəbləri vəelmi tədqiqatların prioritet istiqamətləri də müzakirə olundu.

Sonda bır sıra kadr məsələlərinə baxıldı.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015