AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə UMEA-nın Riyaziyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb
Mart 04, 2016 | 03:00 / Mühüm hadisələr
Oxunub 1125 dəfə

AMEA-nın institut və təşkilatlarının beynəlxalq əməkdaşlıq təcrübəsində elmi-texniki tədqiqatların qarşılıqlı koordinasiyası, birgə elmi-tədqiqat işləri, elmi-informasiya, elmi dövri nəşrlərin və materialların mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Buraya mütəxəssislərin qarşılıqlı elmi ezamiyyətləri, innovasiya texnologiyalarının mübadiləsi, beynəlxalq regional təşkilatların elmi-texniki proqramlara dəstəyi də aiddir.

Azərbaycan və Ukrayna alimləri arasında riyaziyyat və mexanika sahəsində əməkdaşlıq əlaqələri məhz bu istiqamətdə reallaşdırılır. Ötən il AMEARiyaziyyat və Mexanika İnstitutunda keçirilmiş "MADEA-7" adlı beynəlxalq elmi konfransda Ukrayna Milli Elmlər Akademiyasının nümayəndə heyətinin iştirakı zamanı bu əlaqələr daha da vüsət almışdır.

Konfrans zamanı, hər iki elmi qurum arasında əldə edilmiş razılaşma cari ilin fevral ayında AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professorMisir Mərdanov və Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru, akademik Anatoli Samoylenko tərəfindən imzalanmış elmi-texniki əməkdaşlıq sazişi ilə nəticələnmişdir.

Əməkdaşlıq çərçivəsində, eyni zamanda birgə təhsil proqramlarının işlənilməsi və həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Diferensial tənliklər, funskional analiz, riyazi və ədədi analiz, funskiyalar nəzəriyyəsi, riyazi fizika tənlikləri, ehtimal nəzəriyyəsi və topologiya, qaz və bərk cisim mexanikası sahəsində aparılan birgə tədqiqatlar və əldə olunan təcrübə hər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə, yeni elmi nəticələrin alınmasına, həmçinin qabaqçıl ideyaların həyata keçirilməsinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərl

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015