AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ

1945-ci il martın 31-də Azərbaycan SSR Elmlər Akademiyası təsis edilərkən Fizika-texnika elmləri və neft Bölməsi (FTENB) yaradılmışdır. 1957-ci ildə struktur dəyişiklikləri nəticəsində elmi bölmələr ləğv olunmuş və elmi müəssisələr müvafiq vitse-prezidentlərə tabe edilmişdir. 1959-cu ildə yeni struktur dəyişiklikləri nəticəsində Fizika-riyaziyyat və texnika elmləri Bölməsi (FRTEB) təşkil olunmuşdur. Bu illər ərzində Bölməyə rəhbərlik etmişlər:

  • 1945-1950 - İosif Qavriloviç Yesman
  • 1950-1954- Yusif Heydər oğlu Məmmədəliyev
  • 1954-1957- Murtuza Fətulla oğlu Nağıyev
  • 1957-1962 - Zahid İsmayıl oğlu Xəlilov
  • 1962-1968 - Çingiz Mehdi oğlu Cuvarlı
  • 1968-1971 - Həsən Məmmədbağır oğlu Abdullayev
  • 1971-1980 - Əşrəf İskəndər oğlu Hüseynov
  • 1980-1997 - Fəraməz Qəzənfər oğlu Maqsudov
  • 1997-2001 - Telman Abbas oğlu Əliyev
  • 2001-2015 - Akif Cəfər oğlu Hacıyev
  • 2015-ci ildən bu günədək Nazim Timur oğlu Məmmədov.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015