AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Biofizika İnstitutunda Elm gününə həsr olunan seminar keçiriləcək
Mart 02, 2022 | 11:40
Oxunub (142)

11 mart 2022-ci il tarixində saat 11:00-da AMEA-nın Biofizika İnstitutunda Elm gününə həsr olunmuş “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçiriləcək.

Tədbir Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin Molekulyar Onkologiya laboratoriyası və Biofizika İnstitutunun Molekulyar və hüceyrə onkologiyası laboratoriyasının təşkilatçılığı ilə baş tutacaq.

Seminarda GALT (galactose-1-phosphate uridylyltransferase) geninin klinik əhəmiyyətli mutasiyalarının aşkarlanması metodundan danışılacaq. Bu analizin tətbiq ediləcəyi xəstə kontingenti və tibbi müəssisələr göstəriləcək. Eyni zamanda skrininq metod kimi istifadə ediləcək kitin və müvafiq protokolun hazırlanması, o cümlədən  praymerlərin dizaynı, PZR-metod rejiminin seçilməsi, agaroza-gel elektroforez və gözlənilən fraqmentlərin aşkarlanması yolları təqdim olunacaq. Seminarda əlavə olaraq, artıq Milli Onkologiya Mərkəzində müəyyən bir qrup xəstənin müalicəsində istifadə edilən “Cancer panel”lərindən biri təqdim ediləcək.

Seminar hibrid formatda keçiriləcək. Tədbirə bu linkdən istifadə edərək qoşulmaq mümkündür (qeydiyyat: 11 mart saat 10:45).

İdentifikator: 426 950 9619

Kod: 8nthY6

Tel.: (+994 12) 432 67 14

E-mail: florida.r.yahyayeva@mail.ru

Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 117 (Biofizika İnstitutu)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015