AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın birgə təşkilatçılığı ilə beynəlxalq elmi seminar keçiriləcək
Noy 16, 2021 | 16:07
Oxunub (37)

19 noyabr 2021-ci il tarixində Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə 5 elm sahəsini (biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri) əhatə edən ikitərəfli beynəlxalq onlayn elmi seminar keçiriləcək.

“Zoom” platforması üzərindən baş tutacaq tədbirdə biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri sahələrinin hər biri üzrə 2 məruzə AMEA-dan, 2 məruzə DEU-dan olmaqla 4 məruzə dinləniləcək.

Elmi seminarın sədrləri - DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alın və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır. Fəxri sədrləri isə DEU-nun rektoru, professor Nüket Hotar və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Müvafiq sahə üzrə rəhbər şəxslərin və mütəxəssislərin qeydiyyatdan keçməsi və iştirakı arzuolunandır.

Seminar haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015