AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
“Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinə layihə qəbulu davam edir
Okt 06, 2021 | 11:49
Oxunub (40)

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinə layihə qəbulu davam edir.

Müsabiqədə iştirak etmək üçün layihələr oktyabrın 15-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.

Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elm sahələrini əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılmasıdır. Eyni zamanda, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılmasıdır. Müsabiqə bölgədə kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsini də nəzərdə tutur.

Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

AR Prezidenti yanında Elmin İnkişafı Fondu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015