AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Fizika İnstitutu vakant vəzifələr üçün müsabiqə elan edir
Apr 19, 2021 | 18:40
Oxunub (66)

AMEA-nın Fizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının rəhbəri, Yarımkeçiricilərdə aşqarlar laboratoriyasının rəhbəri, Bərk cisimlərdə rezonans hadisələri laboratoriyasının rəhbəri, Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri laboratoriyasının rəhbəri, Vakuum fotoelektronikası laboratoriyasının rəhbəri, Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, Bionanostrukturlar fizikası laboratoriyasının rəhbəri, Nanokristallar fizikası laboratoriyasının rəhbəri, Optoelektronika laboratoriyasının rəhbəri, Nazik təbəqəli strukturlar laboratoriyasının rəhbəri, İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyasının rəhbəri, Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, Dinamik sistemlərdə xaos laboratoriyasının rəhbəri, Materialşünaslıq laboratoriyasının rəhbəri, Kristalloqrafiya laboratoriyasının rəhbəri, Kvant informatikası laboratoriyasının rəhbəri, Qazların spektroskopiyası laboratoriyasının rəhbəri, Ferromaqnit maddələrin rezonans spektroskopiyası laboratoriyasının rəhbəri, Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri, Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiricilər laboratoriyasının rəhbəri, Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası laboratoriyasının rəhbəri, Epitaksial təbəqələr və strukturlar laboratoriyasının rəhbəri, Kristallofizika laboratoriyasının rəhbəri, Nano- və aktiv kompozitlər laboratoriyasının rəhbəri və Qeyri-standart nəzarət və  diaqnostika laboratoriyasının rəhbəri vəzifəsinədir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Müsabiqənin müddəti elan çap olunduğu gündən etibarən 1 aydır.

Ünvan: AZ 1143, Bakı şəh., H.Cavid 131

Tel.: (+994 12) 539 74 23

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015