AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb
Apr 01, 2021 | 16:35
Oxunub (27)

Elmin İnkişafı Fondu müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla (fondlarla, agentliklərlə, şuralar ilə) beynəlxalq əlaqələrini genişləndirir və birgə qrant müsabiqələri keçirir.

Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi üzrə 12 qalib layihə müəyyənləşdirilib.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından gənc alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi xarakterli və 75 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e - QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə 2020-ci il avqustun 7-dən sentyabrın 18-dək təqdim edilib. Müsabiqədə AMEA-nın təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak ediblər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət vebinarları keçirilib.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini təşkil edib. Fondun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirib, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirib, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə rəylər, arayışlar və tövsiyələr hazırlayıblar.

Qalib layihələr AMEA-nın Riyaziyyat və MexanikaFizikaİnformasiya TexnologiyalarıRadiasiya ProblemləriNeft-Kimya ProsesləriKataliz və Qeyri-üzvi KimyaGeologiya və GeofizikaNeft və QazMolekulyar Biologiya və BiotexnologiyalarGenetik Ehtiyatlar institutlarıMilli Azərbaycan Tarixi MuzeyiBakı Dövlət UniversitetiMilli Aviasiya AkademiyasıAzərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan Tibb UniversitetiBakı Mühəndislik UniversitetiAzərbaycan Dillər Universitetiİstanbul Medipol UniversitetiYüksək Texnologiyalar üzrə Tədqiqat MərkəziMilli Hematologiya və Transfuziologiya MərkəziQobustan Milli Tarix-Bədii QoruğuXüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində yerinə yetiriləcək. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Bir layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 4 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə, 3 layihə biologiya, tibb və aqrar elmləri üzrə və 3 layihə humanitar və ictimai elmlər üzrə qalib olub. Qalib layihə rəhbərlərindən 6-sı qadındır. Qalib layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcək.

Müsabiqənin nəticələri ilə buradan tanış olmaq mümkündür.

AZƏRTAC

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015