AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Akademik M.K.Kərimovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək
Okt 23, 2018 | 02:32
Oxunub (556)

15-16 noyabr 2018-ci il tarixlərində Radiasiya Problemləri İnstitutunda AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyinə həsr edilən “Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya texnologiyalarının təbabət və ətraf mühit problemlərinin həllinə tətbiqi mövzularında müzakirələr aparılacaq.

Konfransa təqdim olunan və təşkilat komitəsi tərəfindən seçilən məqalələr “Journal of Radiation Researches” jurnalının növbəti nömrəsində çap ediləcək. Qeydiyyatdan keçmək və məqalə göndərmək üçün son qəbul tarixi 5 noyabr 2018-ci ildir.

Tel: (+994 12) 538 32 24 (132); (+994 12) 510 05 92.

Ünvan: Bakı şəh., B.Vahabzadə 9.

http://science.gov.az/news/open/8956

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015