AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunmuş elmi müsabiqə keçiriləcək
Apr 10, 2018 | 10:29
Oxunub (548)

AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyəti və FRTE Bölməsinə daxil olan İnstitutların ilk həmkarlar ittifaqı təşkilatlarının dəstəyi ilə uzun müddət AMEA-nın Prezidenti olmuş görkəmli elm və ictimai xadim, elmimizin inkişafında yüksək xidmətləri olmuş akademik H.M.Abdullayuevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar elmi müsabiqə keçiriləcəkdir. Müsabiqədə FRTEB-ə daxil olan İnstitutların yaşı 35-ə qədər olan Gənc Alim və Mütəxəssislərin iştirakı nəzərdə tutulur . Müsabiqənin şərtləri aşağıdakı kimidir:

  1. Elmi nəticələri, qrant layihələrdə iştirakı, yüksək impakt faktorlu jurnallarda məqaləsi çap olunan namizədlər barədə institutların elmi şuralarının qərarı
  2. Namizəd haqqında təqdimat
  3. Məlumat forması

Namizədlər haqqında məlumat AMEA FRTE Bölməsinə 1ay müddətinə təqdim edilməlidir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015