AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA İdarəetmə Sistemləri İnstitutunda Təhsil şöbəsi yaradıldı
Yan 28, 2016 | 02:25
Oxunub (625)

AMEA İdarəetmə Sistemləri İnstitutunda Təhsil şöbəsi yaradılıb. Məqsəd institutun kadr hazırlığı sahəsindəki fəaliyyətini daha da inkişaf etdirməkdir. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli iclasında qəbul olunub.

İdarəetmə Sistemləri İnstitutu kompüter elmləri, sistemli analiz, intellektual idarəetmə sistemlərinin işlənməsi sahələrində zəngin kadr hazırlığı təcrübəsinə malikdir. 2015-ci ildən etibarən institutda bu istiqamətlər üzrə magistraturaya qəbul keçirilərək bu sahədəki fəaliyyət daha da genişləndirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015